Nəqliyyat
Azərbaycanla Rusiya arasında yeni körpü - FOTO
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.
“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, körpünün təməlqoyma və hökumətlərarası protokolun imzalanma mərasimləri keçirilib.
Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Əvəz Qocayev, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri Maksim Sokolov və başqa rəsmi şəxslər iştirak ediblər.
Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində həyata keçirilib.
Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr, seysmik davamlığı 10 bal təşkil edəcək.
Hazırda Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir. Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir.
-
Rəsmi xronika12:50Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz





































.jpg)
