Nida.az
7 rayon niyə azad olunmadı? - Kəşfiyyat şefi Qarabağ planının detallarını açıqladı
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
düsturu tapmışdıq".
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici
Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov Belarusun
"baltnews" agentliyinə müsahibəsində deyib.
Qeyd edək ki, V.Trubnikov 1992-96-cı illərdə Xarici Kəşfiyyat
Xidmətinin direktor müavini olub. Daha sonra o, xidməti direktor
vəzifəsini icra edib. 2000-ci ildən etibarən isə 4 il ərzində
xarici işlər nazirinin MDB üzrə müavini vəzifəsində çalışıb.
V.Trubnikov 2000-ci ildə ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində
həmin vaxt Azərbaycanın prezidenti olan Heydər Əliyevlə Ermənistan
prezidenti Robert Koçaryanın görüşündə yaxından iştirak edib.
Keçmiş kəşfiyyat şefi məhz Ki-Uest görüşündə ciddi irəliləyişin
olduğunu açıqlayıb.
"Mən dörd il ərzində ATƏT-in Minsk qrupunun işində yaxından iştirak
edirdim. Hansı ki, həmin vaxt Dnestryanı və Dağlıq Qarabağ
münaqişələrinin həlli prosesi gedirdi. Bu, çox çətin idi. Lakin
Qarabağ münaqişəsi üzrə çox müsbət vəziyyət yaranmışdı. Mərhum
prezidenti Heydər Əliyev və Ermənistanın keçmiş prezidenti Robert
Koçaryan razılıq ərəfəsində idi. 2000-ci ilin aprelində biz
Ki-Uestdə görüşdük. Biz düsturu tapmışdıq: Beynəlxalq Valyuta
Fondunun maliyyəsi ilə Azərbaycandan cənuba, Ermənistandan isə
Xankəndinə dəhliz yaradılacaqdı", - deyə o bildirib.
Trubnikovun dediyi məsələ həmin vaxt gündəmdə olan Pol Qobl
planında öz əksini tapmışdı. Bu plana görə, Azərbaycandan Naxçıvana
Mehr üzərindən dəhliz çəkilir. Laçın dəhlizi isə Ermənistana
verilir. Ümumilikdə Laçın dəhlizindən savayı, Laçın rayonu da daxil
olmaqla, işğal olunmuş digər rayonlar azad olunmalı idi. Lakin
razılıq baş tutmadı.
Trubnikova görə, buna səbəb Azərbaycanın bir qarış torpağı da
güzəştə getmək istəməməsi olub.
"Razılıq olsaydı, MDB-nin sülhməramlı qüvvələri münaqişə bölgəsinə
daxil olacaqdı", - deyə o vurğulayıb.
Asif
-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir












.jpg)




.jpg)



















