“Qızıl top”u qazanmağa kim daha çox layiqdir? – Anrinin cavabı
Bizi izləyin

İdman

“Qızıl top”u qazanmağa kim daha çox layiqdir? – Anrinin cavabı

“Qızıl top”u qazanmağa kim daha çox layiqdir? – Anrinin cavabı

“Arsenal” və “Barselona”nın sabiq futbolçusu, fransız əfsanəsi Tyerri Anri 2026-cı ildə “Qızıl top” mükafatını qazanmağa ən layiqli namizədin adını açıqlayıb.

Publika.az xəbər verir ki, “France Football” jurnalı çərşənbə axşamı 2026-cı il “Qızıl top” mükafatı üçün 30 namizəddən ibarət siyahını dərc edib. Namizədlər arasında Anrinin mükafatı qazanmağa dəstək verdiyi “Real Madrid”in hücumçusu Kilian Mbappe də yer alıb.

“Foot Mercato”nun Anrinin açıqlamalarına istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis bildirib:

“Düşünürəm ki, Lionel Messi dünya çempionatını qazansaydı, “Qızıl top”u da qazanardı. Maykl Olise də ondan çox geri qalmazdı. Lakin mənim favoritim Kilian Mbappedir”.

Anri əlavə edib:

“Bəziləri mənə onun heç nə qazanmadığını deyəcək. Düşünürəm ki, bəziləri bir qədər araşdırma aparmalı və bəzi “Qızıl top” qaliblərinin mükafatı qazanmadan əvvəlki ildə heç bir titul əldə etmədiyini görməlidir”.

O, Mbappenin fərdi göstəricilərini də yüksək qiymətləndirib:

“Mənim fikrimcə, Kilian ən yaxşısıdır. Fərdi səviyyədə nələr əldə etdiyinə baxdıqda görürsünüz ki, o, Çempionlar Liqasının bombardiri, La Liqanın bombardiri və dünya çempionatının bombardiridir. Olise də məhsuldar ötürmələr baxımından eyni dərəcədə uğurludur. Bu, inanılmazdır. Mən Kilianı seçərdim, Maykl Olise isə ona çox yaxındır”.

2026-cı il “Qızıl top” mükafatına namizədlər:

* Cud Bellinqem (“Real Madrid”, İngiltərə)
* Pau Kubarsi (“Barselona”, İspaniya)
* Mark Kukurelya (“Çelsi”, İspaniya)
* Usman Dembele (“PSJ”, Fransa)
* Luis Dias (“Bavariya”, Kolumbiya)
* Bruno Fernandeş (“Mançester Yunayted”, Portuqaliya)
* Qabriel (“Arsenal”, Braziliya)
* Erlinq Haaland (“Mançester Siti”, Norveç)
* Əşrəf Hakimi (“PSJ”, Mərakeş)
* Harri Keyn (“Bavariya”, İngiltərə)
* Xviça Kvaratsxeliya (“PSJ”, Gürcüstan)
* Lamin Yamal (“Barselona”, İspaniya)
* Sadio Mane (“Əl-Nəsr”, Seneqal)
* Markinyos (“Bavariya”, Braziliya)
* Lautaro Martinez (“İnter”, Argentina)
* Kilian Mbappe (“Real Madrid”, Fransa)
* Nuno Mendeş (“PSJ”, Portuqaliya)
* Lionel Messi (“İnter Mayami”, Argentina)
* Joao Neveş (“PSJ”, Portuqaliya)
* Maykl Olise (“Bavariya”, Fransa)
* Uilyan Paço (“PSJ”, Ekvador)
* Xulian Kinyones (“Əl-Qadsiyə”, Meksika)
* Deklan Rays (“Arsenal”, İngiltərə)
* Rodri (“Mançester Siti”, İspaniya)
* Fabian Ruis (“PSJ”, İspaniya)
* Uilyam Saliba (“Arsenal”, Fransa)
* Ferran Torres (“Barselona”, İspaniya)
* Dayo Upamekano (“Bavariya”, Fransa)
* Vinisius Junior (“Real Madrid”, Braziliya)
* Vitinya (“Paris Sen-Jermen”, Portuqaliya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm