II Dünya müharibəsi də belə BAŞLAMIŞDI - Pirus qələbəsi və ABŞ-ın 4 dövlətə qarşı QORXUNC PLANI
Bizi izləyin

Nida Təhlil

II Dünya müharibəsi də belə BAŞLAMIŞDI - Pirus qələbəsi və ABŞ-ın 4 dövlətə qarşı QORXUNC PLANI

“Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirr zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Mərmərə Universitetinin siyasi elmlər fakültəsinin doktoru Çingiz Tomar “Anadolu” agentliyinə müsahibəsində deyib.

Kiçik dünya müharibəsi

Yaxın Şərqdə baş verən qarşıdurmaları “kiçik dünya müharibəsi” adlandıran Ç.Tomar ABŞ-ın dövlət katibi və səlahiyyətlilərinin Ankaraya səfərlərini şərh edib.

“ABŞ-ın dövlət katibi və səlahiyyətlilərinin Ankara səfərləri öncəsi “ABŞ-ın Suriyada bir planı varmı, varsa bu plan nədir” sualına cavab vermək bundan sonra Suriyada atılacaq addımlar və yol xəritəsi baxımından çox əhəmiyyətlidir. Ötən günlərdə Suriyada bir rus və bir İsrail təyyarəsinin vurulması, İrana aid pilotsuz uçuş aparatının düşürülməsi, İsrailin Dəməşq ətrafında İran və Suriyaya aid hədəfləri vurması, Rusiya və rejim qüvvələrinin İdlib və digər bölgələrdə müxalif qüvvələrə hücumları, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı fonunda ABŞ-ın himayəsindəki PYD/YPG-nin həm iranlı döyüşçülərlə, həm də rejimlə əməkdaşlığı, Rusiyanın “dovşana qaç, tazıya tut” siyasəti sanki kiçik dünya müharibəsini xatırladır. Köhnə strateji müttəfiqimiz ABŞ-ın Yaxın Şərqdə, xüsusilə Suriyada nə etməyi istədiyini anlamağa çalışmaq həyati dərəcədə əhəmiyyət kəsb edir”, - o bildirib.

Dörd ölkənin qurban verildiyi kürd qurşağı

O qeyd edib ki, ABŞ Suriyada vətəndaş müharibəsinin əvvəlində Türkiyə ilə birlikdə Bəşər Əsəd rejiminə qarşı mübarizə aparsa da, Əsəddən sonra “Müsəlman Qardaşları”na bənzər bir rəhbərliyin hakimiyyətə gəlmə ehtimalını düşünərək, həmçinin İsrailə təhdid olan kimyəvi silahların məhvinin nəzərə alaraq bu siyasətini dəyişdi. Onun sözlərinə görə, ABŞ-ın hədəfi əslində FETÖ-çülərin olduğu Türkiyə ordusunu Suriyaya müdaxiləyə təşviq edərək İraq, Suriya, Türkiyə və İranı bölməklə öz təsiri altında olan kürd qurşağı yaratmaq idi: “Türkiyədə daha sonra həyata keçirilən İŞİD hücumları, xəndək döyüşləri və ən nəhayət, FETÖ-nün hərbi çevriliş cəhdi də bu planın həyata keçirilməsi üçün dövriyyəyə buraxılan əlavə ssenarilər idi”.

Onun sözlərinə görə, Yaxın Şərqlə bağlı planlarının baş tutmaması, Rusiyanın Suriyaya birbaşa müdaxiləsi və İranın təsirini artıraraq İsraili təhdid edəcək hala gəlməsi nəticəsində ABŞ diqqətini iki bölgəyə yönəltdi:

“Bu bölgələr Fərat çayının şərqi və Suriyanın cənubunda İsrailin təhlükəsizliyi ilə bağlı olan bölgələridir. İŞİD-lə mübarizə adı altında terror təşkilatından təmizlənən bölgələri öz nəzarətindəki PYD/YPG-yə vermək istəyən ABŞ Türkiyənin reaksiyası səbəbiylə təşkilata müəyyən qədər ərəb silahlı gücü də qataraq onu “Suriya Demokratik Gücləri”nə çevirdi. Beləliklə, ilkin plan və ssenarilər müəyyən dərəcədə dəyişdirilsə də, ABŞ, dolayısıyla İsrail üçün çox əlverişli olan bir plan dövriyyəyə buraxıldı. Fəratın şərqi hər nə qədər İordaniya sərhədindən başlayaraq şimala doğru uzanan Dəməşq, Xüms, Hama və Hələb, oradan da Türkiyə sərhədinə uzanan Suriyanın aorta damarı olan xətt və qərbdə Aralıq dənizi sahilindəki Lazikiyə, Tarsus və Banyas qədər əhəmiyyətli olmasa da, Suriya iqtisadiyyatının bütöv qalması baxımından böyük əhəmiyyət daşıyır. Fəratın şərqini iqtisadi olaraq qərbdən ayırsaq, bu, siyasi baxımdan da Suriyanın bölünməsi anlamına gəlir və ABŞ bunu şüurlu şəkildə etməkdədir”.

Ç. Tomar qeyd edir ki, Fəratın şərqi qərblə müqayisədə böyük şəhərləri olmayan çöl ərazilərdən ibarət olsa da, Suriya iqtisadiyyatı baxımından vəziyyət fərqlidir: “Suriyadakı kənd təsərüffatı istehsalının böyük hissəsi Fəratın suyu ilə bu ərazidə həyata keçirilir. Xüsusilə, buğdanın böyük hissəsi Fəratın şərqində əldə edilir. Suriyanın elektrik enerjisinin əhəmiyyətli hissəsini istehsal edən və Fərat üzərindəki ən böyük anbar olan Tabka hazırda “Suriya Demokratik Gücləri”nin nəzarəti altındadır. Buna ölkənin şimali-şərqi ilə Deyr-ez-Zor bölgəsində çıxarılan və kasıb Suriya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan nefti əlavə etmək lazımdır. “Faydalı Suriya” adı verilən Suriyanın qərbi ABŞ-ın nəzarətindəki “Suriya Demokratik Gücləri” (PYD/YPG) ilə anlaşamazsa, qısa müddətdə daha da kasıblaşaraq “faydasız Suriya”ya çevrilə bilər”.

Pirr qələbəsi

Onun sözlərinə görə, ABŞ-ın PYD/YPG ilə qol-qola girməsinin tək səbəbi Türkiyədən xoşlanmaması deyil: “Müstəqil hərəkət edən Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-də qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirr zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər . Bunun bölgədəki ən əhəmiyyətli müttəfiqlərindən olan Türkiyəni Rusiyaya daha da yaxınlaşacağını bilən ABŞ, keçmişdə Suriyada Türkiyə ilə birlikdə hərəkət edən və İranın rəqibi olan Səudiyyə Ərəbistanını İsrail ilə yaxınlaşdıraraq İrana qarşı bir cəbhə yaratmaq niyyətindədir. Çünki İsrailin qorunması Birləşmiş Ştatların prioritetlərindən biridir. Beləliklə, bölgədəki digər böyük dövlət olan Rusiya kimi, bir daşla bir neçə quş vurmağı planlaşdırır. Təəssüf ki, son günlərdə həm Suriyanın şimalında, həm də cənubunda müşahidə etdiyimiz hərəkətlilik vəkalət savaşını konvansionel savaşa çevirməkdədir. Suriyadakı vəziyyət II Dünya müharibəsi öncəsi böyük güclərin qol güləsində qarşı-qarşıya gəldiyi İspaniyadakı vətəndaş müharibəsini xatırladır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm