Nida Xəbər
Sarkisyan Putinin hüzuruna niyə gedir? – Qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-16-da
Rusiyaya işgüzar səfər edəcək. Ermənistanın Rusiyadakı səfiri
Vardan Toqanyan bildirib ki, Sarkisyan həmin tarixdə Moskvada
keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin bu
səfər zamanı Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir
Putin tərəfindən qəbul edilib-edilməyəcəyi dəqiq deyil.
Publika.az xəbər verir ki, Ermənistan mediası Sarkisyanın
Moskva ziyarətini “ölüm səfəri” adlandırıb.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Sarkisyan Moskvada
olacağı vaxt Putin tərəfindən qəbul edilməyəcəksə, bu, onun üçün
böyük zərbə olacaq: “Bu şəraitdə Sarkisyan üçün Moskva səfəri
“siyasi ölüm hökmüdür”. Bu baxımdan, Sarkisyanın Moskvada Putin
tərəfindən qəbul ediləcəyi ehtimalı böyükdür. Çünki, noyabrın 24-də
Sarkisyan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa
İttifaqı-Ermənistan sənədlərinin imzalanması məqsədilə Brüsselə
yola düşəcək. Güman ki, o, Moskvada Brüssel səfəri ilə bağlı son
müzakirələri aparacaq. Hərçənd, Avropa İttifaqı ilə sazişim
imzalanması şübhə altındadır”.
Erməni şərhçi bildirir ki, Sarkisyan Avropa İttifaqı ilə saziş
imzalanması məsələsindən “öz qiymətini artırmaq” məqsədilə istifadə
edir.
“Bu, onun öz oyunudur. Lakin buna rəğmən, Sarkisyan arxa planda –
Moskvada təhlükəsizliklə bağlı zəmanət almalıdır. Lakin Brüsselə
səfər ərəfəsində böyük sürprizlər də ola bilər. Ermənistan
prezidentinin Moskvaya səfəri də məhz bu sürprizlərin qarşısını
almaq məqsədi daşıyır”, - deyə Amatuni bildirib.
“Lragir” saytı isə Sarkisyanın Moskva səfərini qorxunc
adlandırıb.
“Sarkisyan Moskvaya təkcə mədəniyyət günlərində iştirak üçün
getmir. Güman ki, siyasi məsələlər müzakirə olunacaq. Lakin bu
müzakirələrin Ermənistan üçün qorxunc qərarların verilməsi ilə
nəticələnə biləcəyi də gözləniləndir. Bu, 2013-cü ilin 3 sentyabr
səfəri ilə müqayisə olunur. Həmin səfərdən sonra Ermənistan Avropa
İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina etdi və Avrasiya
İqtisadi İttifaqına daxil oldu. İndi də əsas sual budur: Sarkisyan
Moskva səfərindən sonra Avropa İttifaqı ilə sazişi imzalamaqdan
imtina edəcəkmi? İndi top nə İrəvanda, nə də Brüsseldə deyil,
Moskvadadır”, - deyə sayt qeyd edir.
Asif
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü








.jpg)






















.jpg)



