Nida Xəbər
Ərdoğan Putinə yeni Qarabağ PLANI TƏQDİM EDİR - İrəvan MƏNGƏNƏDƏ
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakdan
qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın
həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və görüşdə
Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün
Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda
Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə
keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox
əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa,
problem asan həll ediləcək”, - deyə Ərdoğan qeyd edib.
Publika.az xəbər verir ki, Ərdoğanın bu açıqlaması
Ermənistanda narahatlıqla qarşılanıb.
Erməni şərhçi Sarqis Arstruni yazır ki, Ərdoğan Putinə Qarabağla
bağlı yeni saziş təklif edəcək.
“Bu, o demək deyil ki, Moskva “Lavrov planı”ndan imtina edəcək.
lakin geosiyasi və regional reallıqlar Moskvanın Ankaranın sazişini
tamamilə rədd etməyəcəyini də deməyə əsas verir. Tramp
Administrasiyasının regional və Qarabağ siyasəti, eləcə də
Fransanın məhdudlaşdırılmış resursları nizama salma prosesində
Moskvanın hökmranlığına imkan verir. Bu gün həm də
Moskva-Bakı-Ankara formatı da ciddi əlaqələrə malikdir. Bu
baxımdan, yaxın gələcəkdə Qarabağla bağlı Rusiya-Türkiyə sazişinin
olması ehtimalı böyükdür”, - deyə erməni şərhçi qeyd edib.
Erməni yazar Naira Ayrumyan isə hesab edir ki, Ərdoğanla Putinin
Qarabağ razılaşması Ermənistanı çətin vəziyyətə salacaq: “Rusiya
Qarabağla bağlı Ermənistana təzyiqləri artıra bilər. Noyabrın
15-16-da Sarkisyan Moskvaya işgüzar səfər edəcək. Bu səfər təxminən
Putin-Ərdoğan görüşü ilə üst-üstə düşəcək. Mümkündür ki, Putin
Qarabağla bağlı Ərdoğanla razılaşacağı yeni planı Moskvada
Sarkisyana təqdim edəcək. İrəvanın buna nə reaksiya verəcəyi
maraqlıdır”.
Asif
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü








.jpg)






















.jpg)



