Nida.az
İki qanun layihəsi Milli Məclisdə müzakirə olundu
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin ilk iclası keçirilib.
Publika.az-ın məlumatına görə, komitə sədri Arif Rəhimzadənin sədrliyi ilə keçirilən iclasda “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirə olunub.
İclasda bildirilib ki, Azərbaycanda bələdiyyə qulluğu ilə bağlı qadağaların əhatə dairəsinin genişləndirilməsi təklif edilir.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, təklif olunan bir dəyişikliyə əsasən, vəzifələrin icrası zamanı "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunda nəzərdə tutulan hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək qadağan olunur.
Təklif olunan daha bir dəyişikliyə əsasən, bələdiyyə qulluqçuları vəzifələrinin icrası zamanı Azərbaycan Konstitusiyasına, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanuna və ölkənin digər qanunlarına əməl etməlidirlər.
Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Vasif Həsənli
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil



































