Dünya
Həyacan təbili: “Putin ikinci dəfə prezident olduqdan sonra...”
“NATO silahsızlanma üzrə Moskva ilə danışıqların bərpası haqqında fikirləşməlidir”.
Publika.az “RİA-Novosti” agentliyin istinadən xəbər verir ki, bu barədə NATO-nun almaniyalı generalı Hans-Lotar Domreze deyib.
Onun sözlərinə görə, ittifaq dünyada güc balansının Rusiyanın xeyrinə pozula biləcəyindən qorxur: “Rusiyanın silahlı qüvvələri daim dəyişilir və möhkəmlənir. Rusiya silahlı qüvvələrinin son vaxtlar müasirləşməsi fonunda NATA gücləri geriləyir. Putin ikinci dəfə prezident olduqdan sonra Rusiyanın müdafiə sferasına qoyulan investisiyalar artıb. Hazırda Rusiyanın silahlı qüvvələri ultramüasir, elastik və döyüş qabiliyyətlidir”.
NATO generalı qeyd edib ki, ittifaqın silahlı qüvvələri son 25 il ərzində 25 faiz azalıb. Domrezenin fikrincə, güc balansının pozulacağı halda NATO Rusiya ilə silahsızlanma haqqında danışıqlara başlamalıdır. General hesab edir ki, yalnız güc balansı dünyada sabitliyə zəmanət verir.
“Zəruri olduqda isə NATO ikinci ssenarini həyata keçirməli, silahlı qüvvələri tam müasirləşdirməli və yeni texnologiyalar üzərində işləməlidir. Hava hücumundan müdafiə sisteminə xüsusi diqqət verilməlidir”. - Domrezeni bildirib.
Ömər Dağlı
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR






.jpg)

.jpg)




















.png)

