Nida.az
Bakı erməni gəmilərinin Xəzərə çıxışı üçün Tehrana nota verə bilər - Analiz
Tehranın Yerevana dəstək verməsi həmişə Bakını narahat edən
məsələ olub. Qarabağın işğalına görə Bakının Yerevana qarşı
apardığı haqlı təcridetmə siyasəti fonunda haqsız da deyil. Lakin
Tehran öz əməlindən əl çəkmək niyyətində olmayıb. Ümumi anlamda
Tehranın bu işğal faktında maraqlı olması ehtimalı yüksəkdir.
Rusiyanın “Nezavisimaya qazeta” nəşrində bu gün dərc olunan
məqalədə olduqca maraqlı məqam ortaya çıxır. Belə ki, nəşr yazır
ki, İran və Ermənistan iqtisadi əlaqələri yaxınlaşdırmaq üçün
dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də bir sıra böyük
layihələrin həyata keçirilməsi barədə niyyət protokollarını
imzalayıb. Belə ki, Ermənistandan İrana yeni yüksəkgərginlikli
elektrikötürmə xətti çəkilməli idi. Əks istiqamətdə neft kəmərinin
çəkilməsi, həmçinin İran-Ermənistan sərhədində neft emal edən
zavodu tikmək planlaşdırılırdı. İki ölkənin dəmiryol şəbəkələrinin
birləşdirilməsindən söhbət gedirdi. Və nəhayət, İran Ermənistana
özünün avtomobil yollarından, həmçinin Xəzər dənizindəki Ənzəli və
Fars körfəzindəki Benderabbas limanından sıfır tranzit haqqı ilə
istifadə barədə təklif verib (http://publika.az/p/43925).
Bu iki variant Ermənistan üçün olduqca vacib yoldur. Azərbaycan
torpaqlarının işğal etdiyi üçün bölgədəki enerji layihələrindən
kənarda qalan Yerevanın üzünə Türkiyə qapıları da bağlıdır. Buna
rəğmən, Rusiyaya da birbaşa çıxış yoxdur.
Moskva ilə yeganə quru əlaqə Gürcüstan ərazisindəndir. Lakin 2008-ci il müharibəsindən sonra Tiflis öz yollarından istifadəni məhdudlaşdırdı. Son Avrasiya İttifaqı-Avropa Birliyi sərhədləri isə bunu ümumiyyətlə mümkünsüz edəcək. Belə ki, Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladı, beləliklə, Tiflis öz torpaqlarını yalnız bu birliyə üzv, yaxud sazişi imzalayan ölkələrə açacaq.
Avrasiya İttifaqının sərhədlərinə daxil olmaq istəyən Ermənistan üçün də asılı olduğu Rusiyaya çıxış bağlanır və yeganə yol İran qalır, bu da quru deyil, yalnız Xəzərlə.
İran üzrə ekspert Sədrəddin Soltan Publika.az-a
açıqlamasında bildirib ki, Tehranın Yerevana təklifi də məhz bu
çıxışı yaratmaqdır: “Fars körfəzi Ermənistan üçün sərfəli deyil.
Bura həm uzaqdır, həm də Ermənistan bu körfəzlə Orta Şərqə və Çinə
gedə bilər. Amma Ermənistanın əsas əməkdaşlığı Rusiya ilədir.
Deməli, hər şey Yerevanın Moskvaya maneəsiz çıxışını təmin
etməkdir. İran Azərbaycanla münasibətlərdə Ermənistan faktorunu
kənara qoymaq istəmir. Son vaxtlar Azərbaycan-İran arasında
münasibətlər yaxşılaşmağa doğru gedir. Azərbaycan prezidenti
Tehrana səfər etdi, Həsən Ruhaninin də Bakıya səfəri gözlənilir.
Amma Tehran buna paralel olaraq Yerevandan dəstək əlini çəkmək
istəmir. Bunun da bir çox səbəbləri var. Son proseslər fonunda əsas
səbəb İranın Avrasiya İttifaqına daxil olmaq niyyətində olması və
tərəfdaş olduğu Rusiyanın Ermənistan siyasətini
dəstəkləməsidir”.
Qeyd edək ki, hələ də həll olunmayan Xəzərin statusu fonunda İranın Ermənistana Ənzəli limanına çıxış təklifi sual altında düşə bilər. Çünki hazırkı vəziyyətdə Xəzər suları 5 ölkəyə aiddir və su hövzəsində baş verən hər bir hadisəyə görə 5 ölkənin bir-birinin qarşısında öhdəliyi var. Xəzərin statusu həll olunmadan İranın Ermənistana Ənzəli limanından çıxış verməsi diplomatik qalmaqala səbəb ola bilər.
S. Soltan Bakının buna görə Tehrana nota verməsini istisna etmir. Onun fikrincə, bu məsələ ən azı etiraza səbəb ola bilər.
Asif Nərimanlı
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim