Qırmızı.az
Göyçayda 5 il əvvəl tapılan abidəyə yiyə duran tapılmır
Tarixi abidələrimiz bizim silinməyən keçmişimiz və danılmaz gələcəyimizdir. Keçmişdən bizə yadigar qalan bu nişanələri qorumaq, qayğısına qalmaq isə hər birimizin borcudur. Təəssüf ki, Göyçay rayonunda aşkar edilən qədim abidə barədə bunu deyə bilmirik.
Publika.az xəbər verir ki, rayonun Yekəxana kəndində təsadüf nəticəsində tapılmış və qədim dövrə aid daş qəbir baxımsızlıqdan məhv olmaq təhlükəsilə üz-üzədir. 5 il bundan əvvəl kənd yolunun təmiri məqsədilə kəndin yuxarı hissəsindəki dağ yamacından torpaq və çınqıl qazılarkən ərazidən qeyri-adi daş qəbrin çıxması kənd camaatının marağına səbəb olub. Elə sakinlərin müraciəti əsasında həmin abidəyə baxış üçün Göyçay rayon Tarix Diyarşünaslıq Muzeyinin və AMEA-nın əməkdaşları kəndə gələrək qəbirə baxış keçiriblər.
Kənd sakinlərinin Publika.az-a bildirdiyinə görə, abidəyə baxış
keçirilən zaman məlum olub ki, tapıntı təxminən bizim eranın 3-5-ci
əsrlərinə aid sarkofak tipli qəbir abidəsidir. Ölçülərinə görə
nəhəng olan bu qəbrin kişiyə aid olduğu məlum olub. Tapılan vaxt
qəbirdə sümüklər də olub. Amma toz şəklində olduğundan və qəbrin
ağzı açıq qaldığından sümüklərə hava daxil olaraq onları erroziyaya
uğradıb.
Kənd sakinlərinin sözlərinə görə, tədqiqatçılar bu qəbrin
qədimliyinə və quruluşuna görə Azərbaycan ərazisində birinci
tapıntı sayıla biləcəyini deyirlər. Qəbrin uzunluğu 2 m 20 sm, eni
80 sm, hündürlüyü 75 sm-dır.
Sakinlərlə bərabər rayon tarixçiləri də bunun mütəxəssislər tərəfindən ətraflı araşdırılmasına və tezliklə aqibəti ilə bağlı qərar verilməsini istəyirlər.
Tapılan abidənin aqibətinin necə olacağı ilə bağli rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Sahib Şükürov Publika.az-a bildirdi abidənin qətiyyən məhv olma ehtimalı yoxdur. Daş qəbrin Tarix-Diyarşünaslıq muzeyinə gətirilməsinə gəldikdə isə, bu yalnız mütəxəssislərin verdiyi rəydən və muzeydəki eksponatların yeni layihə üzrə tam yerləşdirilməsi bitdikdən sonra reallaşdırmaq mümkün olacaq.
Bir sözlə, deyilənlərdən belə aydın olur ki, Yekəxana kəndində tapılan qədim qəbrin tədqiqinə hələ 5 il də lazım olacaq. Ümid edək ki, o vaxtacan abidə tamamilə məhv olmaz.
Gülnar
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb















.jpg)




.png)
.jpg)














