ABŞ
Metroda dəhşət: Yatmış kişini yandırdı - -VİDEO
ABŞ-də dəhşətli cinayət hadisəsi baş verib.
Publika.az "ABC News"a istinadla xəbər verir ki, Nyu-York şəhərində bir gənc metroda sərnişinə xəsarət yetirməkdə, yanğın törətməkdə ittiham olunur.
Nəşr yazıb ki, qalmaqallı hadisə 1 dekabr, bazar ertəsi günü, saat 03:00 radələrində baş verib. Gənc cinayəti şimal istiqamətinə gedən qatarlardan birində "34-cü küçə-Pensilvaniya vağzalı" adlanan ərazidə dayanacaqda planlaşdırıb.
Müstəntiqlərin sözlərinə görə, 18 yaşı olan gəncin adı Hayram Karrero olub. O, qatara minib və kağız parçasını yandıraraq onu qatarda yatmış 56 yaşlı sərnişinin yanına atıb. Hayram daha sonra qatardan düşərək qaçıb və avtobusla evinə qayıdıb.
Təhlükəsizlik kamerasına düşən görüntülərdə ayaqları və bədəni yanan zərərçəkən növbəti stansiyada qatardan düşür. Polislər isə alovu tez bir zamanda söndürə bilirlər və kişi xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır.
Karrero cümə axşamı həbs edilib və onu ən azı yeddi il həbs cəzası gözləyir. Onun hansı motivlər əsasında bu cinayəti törətməsi hələlik məlum deyil.
Tural
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi











.jpg)



















.jpg)





