Qırmızı.az
Ermənilər islamı qəbul edib? – Bu dəfə “halal erməni lavaşı”– FOTO
Ermənistanın Azərbaycan mətbəxinə təcavüzü davam edir. Əslində, milli xörəyimiz olan dolmadan sonra lavaşa da göz dikən qonşulara YUNESKO layiqli cavab verdi.
Publika.az xəbər verir ki, ermənilər bu dəfə utanmadan üzərində “halal” yazılmış “ənənəvi erməni lavaşı”nı Belarusda satışa çıxarıblar.
Hətta lavaş ermənilərə məxsus olsa belə, üzərindəki “halal” halloqramı gülüş doğurur. Bildiyimiz kimi, hər hansı məhsulun halallıq anlayışı yalnız müsəlmanlara məxsusdur.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanovun Publika.az-a bildirdiyinə görə, lavaşın ermənilərə heç bir aidiyyəti yoxdur və onun ənənəvi erməni yeməyi kimi təqdim olunması gülüncdür: “Görünür, ermənilər islamı qəbul ediblər, ona görə lavaşın üzərində “halal” sözü yazılıb. Ümumiyyətlə, lavaş o millətə məxsus ola bilər ki, buna oxşar çörək növü olsun – yuxa, lavaş, səngəşatır, qatlama, paxlava və s. Tarix boyu heç vaxt ermənilərdə nə dolma, nə də lavaş sözü işlənib".
Qeyd edək ki, lavaşın yalnız onlara məxsus olmasını iddia edən ermənilər bunun YUNESKO-nun Reprezentativ siyahısına salınması üçün müraciət etmişdilər. YUNESKO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşmışdı. Lakin Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin qarşısı Azərbaycan və Türkiyənin birgə səyi ilə alınıb və Komitə tərəfindən qəbul edilməyib.
İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olsa da, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da YUNESKO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil. Beləliklə, lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb.
Əslində, ermənilərin gördükləri hər şeyi, olduqları hər yeri özlərininkiləşdirmələri adi haldır və heç də təəccüb doğurmur. Hətta bura “halal” halloqramını da qoşublarsa, vallah, elə halal olsun!
Gülnar Əliyeva
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı































.jpg)
.jpg)

.jpg)