Bakı Şəhər Halqası media üçün seminar keçirdi - FOTO
31 may tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.
Publika.az xəbər verir ki, seminarda 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və COVID-19 qaydaları haqqında məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. "Formula 1" Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2022-ci il "Formula 1" yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və "Formula One Management" (FOM) şirkəti tərəfindən tənzimlənir.
Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq. Artıq 6-cı olan olan bu yarış ötən ildən fərqli olaraq tamaşaçıların iştirakı ilə keçiriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)


















.jpg)

.jpg)