“Netflix” Bakıya gəlir
Amerikanın məşhur "Netflix" onlayn platformasının nümayəndələri 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində ölkəmizə səfər edəcək.
Publika.az xəbər verir ki, "Formula 1" yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış "Drive to survive" sənədli serialının 5-ci mövsümündə Bakı yarışı həyəcanlı anları ilə yer alacaq.
Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb. 2018-ci ildə "Red Bull" komandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Ferstappenin yarışın bitməsinə 3 dövrə qalmış qəzaya uğraması, Luis Hamiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.
“Bakı yuxularıma kabus kimi girir“ - buraxdığı səhvdən sonra Luis Hamiltonun "Mersedes"in komanda rəhbəri Toto Volf ilə söhbət zamanı səsləndirdiyi fikir "Drive to survive" izləyicilərinin diqqətindən qaçmayıb.
Serial yayımlandığı 4 mövsüm ərzində azarkeşlərə "Formula 1" yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, "F1" ruhunu daha yaxından hiss etdirməyi bacarıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































