"Bakı sindromu"nun yaranma səbəbini açıqlayan 5 yarış
Bakı Şəhər Halqası unikal olduğu qədər buradakı yarışlarda baş verənlər də fərqliliyi ilə seçilir. Bu tras ilin ən maraqlı yarışına da şahidlik edib, son metrlərdə olan ötməyə də. Azərbaycan Qran Prisi məhz bu səbəblərdən pilotlar arasında "Bakı sindromu" kimi yadda qalıb. İlk 5 yarışda meydana çıxan bəzi statistikalara nəzər salaq.
Publika.az sözügedən statistikanı təqdim edir:
QƏLƏBƏ
Bildiyiniz kimi, Bakı Şəhər Halqasında indiyə qədər heç bir pilot 2 dəfə qalib gələ bilməyib. Yarışlarda nəsə baş verib və buna imkan olmayıb. Məsələn, 2019-cu ilin qalibi Bottas ondan cəmi 1 il əvvəl təkəri partladığı üçün qələbədən məhrum olub. Həmin il zəfər qazanan Həmiltonun da ondan 1 il əvvəl başına qəribə hadisələr gəlib və qalib ola bilməyib. İndiyə qədər burada 3 dəfə "Mercedes", 2 dəfə isə "Red Bull" pilotları finiş xəttini hamıdan tez keçib.
İl | Pilot | Komanda |
2016 | Niko Rosberq | Mercedes |
2017 | Daniel Rikkardo | Red Bull |
2018 | Lyuis Həmilton | Mercedes |
2019 | Valtteri Bottas | Mercedes |
2021 | Serxio Peres | Red Bull |
Nəzərə alsaq ki, bu il qələbə uğrunda mübarizə aparan "Red Bull" və "Ferrari"nin 4 pilotundan üçü burada daha əvvəl qalib gəlməyib. Sözügedən statistikanın davametmə ehtimalı yüksəkdir. Təbii ki, son yarışlarda özünü yaxşı göstərən, Bakıda hər zaman əla çıxış edən, ümumiyyətlə şəhər traslarını çox sevən Peres imkan verərsə.
POUL
Tək qələbələrdə yox, poul məsələsində də vəziyyət eynidir – heç bir pilot burada 2 dəfə poulun sahibi ola bilməyib. Cəmi 2 dəfə – 2016-cı ildə Rosberq və 2019-cu ildə Bottas poulu qələbəyə çevirə bilib. Qalan üç halda isə Rikkardo 10-cu, Həmilton 2-ci, Peres isə 6-cı sıradan başladığı yarışda qalib olub – ən geridən başlayaraq yarış qazanan pilot Rikkardodur.
İl | Pilot | Komanda | Poul dövrəsi |
2016 | Niko Rosberq | Mercedes | 1:42.758 |
2017 | Lyuis Həmilton | Mercedes | 1:40.593 |
2018 | Sebastyan Fettel | Ferrari | 1:41.498 |
2019 | Valtteri Bottas | Mercedes | 1:40.495 |
2021 | Şarl Lekler | Ferrari | 1:41.218 |
SÜRƏTLİ DÖVRƏLƏR
Yəqin heç bir pilotun iki yarışda ən sürətli dövrənin sahibi ola bilməməsinə də təəccüblənməyəcəksiniz. Bakıdakı yarışlarda sürətli dövrənin sahibi yalnız bir dəfə podiuma çıxa bilib ki, bunu da 2016-cı ildə həm poul, həm də qələbə qazanmış Rosberq edib.
İl | Pilot | Komanda | Sürətli dövrə |
2016 | Niko Rosberq | Mercedes | 1:46.485 |
2017 | Sebastyan Fettel | Ferrari | 1:43.441 |
2018 | Valtteri Bottas | Mercedes | 1:45.149 |
2019 | Şarl Lekler | Ferrari | 1:43.009 |
2021 | Maks Fersttappen | Red Bull | 1:44.481 |
PODİUM
Bakıdakı 5 yarışda ümumilikdə 9 nəfər podiuma çıxa bilib. Onlardan yeddisi bu il də yarışacaq və bu statisikada irəliləmək şansını əldə edəcəklər.
Yer | Pilot | Podium |
1 | Serxio Peres | 3 |
2 | Sebastyan Fettel | 3 |
3 | Lyuis Həmilton | 2 |
4 | Valtteri Bottas | 2 |
5 | Niko Rosberq | 1 |
6 | Daniel Rikkardo | 1 |
7 | Kimi Rəykkönen | 1 |
8 | Ləns Stroll | 1 |
9 | Pyer Qasli | 1 |
BAKIDA KİM NEÇƏ XAL QAZANIB?
Bakıda 5 yarışda 22 müxtəlif pilot xal qazana bilib ki, onlardan 16-nın bu il də xal hesabını artırmaq imkanı olacaq. Liderlik isə bütün yarışları ilk dördlükdə başa vuran Fetteldədir. Alman pilot Bakıda qələbə qazanmasa da, çox sabit çıxışı ilə seçilib.
Yer | Pilot | Xal |
1 | Sebastyan Fettel | 75 |
2 | Lyuis Həmilton | 63 |
3 | Serxio Peres | 63 |
4 | Valtteri Bottas | 51 |
5 | Daniel Rikkardo | 33 |
6 | Kimi Rəykkönen | 32 |
7 | Şarl Lekler | 31 |
8 | Niko Rosberq | 25 |
9 | Karlos Sayns | 24 |
10 | Ləns Stroll | 21 |
11 | Maks Ferstappen | 16 |
12 | Fernando Alonso | 16 |
13 | Pyer Qasli | 15 |
14 | Lando Norris | 14 |
15 | Esteban Okon | 8 |
16 | Kevin Maqnussen | 6 |
17 | Yuki Tsunoda | 6 |
18 | Niko Hülkenberq | 2 |
19 | Stoffel Vandorn | 2 |
20 | Felipe Massa | 1 |
21 | Paskal Verlyayn | 1 |
22 | Brendon Hartley | 1 |
Pilotların çıxışları rəqəmlərlə yuxarıda əks olunub. Sözsüz ki, builki yarışdan sonra da ciddi dəyişikliklər olacaq. Ən maraqlı suallardan biri də budur ki, yeni bolidlər trasın rekordlarını qıra biləcəklər?! Bakı Şəhər Halqasının rekordu Valtteri Bottasa aiddir – 1:40.495. Yarışda isə ən sürətli dövrəni Şarl Lekler vurub – 1:43.009. Hər iki nəticə də 2019-cu ildə qeydə alınıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO