ABŞ
ABŞ Avropanı HƏDƏLƏDİ: Tramp da bütün alətlərdən istifadə etməyib
Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin reallaşdırılmasına maneə olmaq üçün alətlər var.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bun haqda ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend bildirib.
Sondlend hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur. Səfir bildirib ki, Vaşinqton qışda böhranla əlaqədar təbii qazın kəsilməsini istəmir.
“Əgər Avropa İttifaqı bu məntiqi anlamasa, onda ABŞ prezidenti bu layihəni dayandırmaq üçün bir çox başqa alətdən istifadə edə bilər. Bizin sərəncamımızda çoxlu alət var, mən indi onları açıqlamayacağam. ABŞ qaz kəmərinin tikintisinin dayandırılması üçün bütün vasitələrdən istifadə etməyib”, - Amerika diplomatı söyləyib.
Qeyd edək ki, “Şimal axını-2” qaz kəmərinin iki xəttinin tikintisi nəzərdə tutulur. Onun ötürücü gücü illik 55 milyard kubmetr təşkil edəcək. Qaz kəməri Rusiya sahilindən Baltik dənizi vasitəsilə Almaniyaya uzanacaq. Birləşmiş Ştatlar Rusiya qazı əvəzinə Avropaya mayeləşdirilmiş qaz satmaq istəyir.
Rusiya dəfələrlə layihənin siyasi deyil, sırf iqtisadi xarakter daşıdığını bildirir. Moskva qeyd edir ki, “Şimal axını-2” Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin dayandırılmasını nəzərdə tutmur. Almaniyanın baş kansleri Angela Merkel də bir neçə dəfə “Şimal axını- 2”-yə biznes-lahiyə kimi baxdığını bildirib.
Ömər
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq






























.webp)








