ABŞ
ABŞ yeni təhlükə ilə QARŞI-QARŞIYA: Cənub sərhədlərində...
Mərkəzi Amerikadan ABŞ-a getmək üçün yola çıxan 700 nəfərlik qaçqın qrupu Quatemala sərhədinə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “La Prensa” qəzeti informasiya verib.
Xəbərə görə, qaçqınlar daha yaxşı bir həyat üçün ABŞ-a getmək istəyirlər. Onlar şəxsiyyət vəsiqələrini təqdim etməklə Quatemala sərhədindən keçəcəklər. Hazırda qismən qapalı olan sərhəd xəttində təhlükəsizlik qüvvələri yerləşdirilib.
Honduras polisi Quatemala və Salvador sərhədində 54 nəzarət məntəqəsi qurub. Ölkə rəsmiləri köç yolunda həyatlarını təhlükəyə atmamaları üçün əhaliyə çağırış edir.
ABŞ-da miqrasiya məsələlərinə dair mütəxəssis Tanya Silva bu qaçqınların Amerika tərəfindən qəbul edilmə faizinin çox aşağı olduğunu bildirib. Belə ki, müaricətlərin 90%-i rədd edilib. Digər 10%-i isə vəkillər tərəfindən təmsil edilənlərdən ibarətdir.
“Daha öncə gələnlər peşman olduqlarını dilə gətirir. Mən üçüncü köçün yalan xəbər olduğunu düşünmüşdüm. Gerçək budur ki, tam anlamı ilə bir heç üçün gəlirlər”,- vəkil bildirib.
Qeyd edək ki, dünən Honduras Fövqəladə Vəziyyət Komissiyası direktoru Lisandro Rozales 359 nəfərin qanuni, 350 nəfərin isə qeyri-qanuni yollarla Quatemaladan keçdiyini açıqlayıb. Onlar içində olan 23 uşağın kimsəsi olmadığı üçün Uşaq, Gənc və Ailə İdarəsinə təhvil verilib.
Zümrüd
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”




























.webp)










