ABŞ
ABŞ tarixinin ƏN BÖYÜK MƏĞLUBİYYƏTİ: İran qalib çıxdı
ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair 1300 səhifəlik hesabat hazırlayıb.
Publika.az xəbər verir ki, 2003-2018-ci illərdə İraqda ABŞ-ın hərbi fəaliyyətini əks etdirən hesabatda İrana dair şok ifadələr işlədilib. İraq savaşından ABŞ-ın deyil, İranın qalib çıxdığı bildirilib.
Hesabat “İraq savaşında ABŞ Quru Qüvvələri: İşğal, üsyan və vətəndaş müharibəsi: 2003-2006" I cild və “İraq savaşında ABŞ Quru Qüvvələri: Düşərgə və çəkilmə 2007-2011" II cild başlıqları ilə dərc edilib.
Sənəddə həmçinin, İraqın işğalı, ölkədə ortaya çıxan müqavimət hərəkatı və ABŞ-ın ölkədən çəkilməsinə dair minlərlə gizli məlumat da ilk dəfə ictimaiyyətə təqdim edilib. Sonda isə “Bu layihə 2018-ci ildə tamamlanarkən cəsarətlənmiş İran (İrqada) tək qalib gəlmiş qüvvə kimi görünür” sözlərinə yer verilib.
Həmçinin qeyd edilib ki, İraq müharibəsi ABŞ-da ordu-siyasət münasibətlərinə və Amerika xalqına böyük zərər verib. İraq müharibəsi Amerika tarixində ən böyük qarşıdurma olmaq potensialına malikdir. Müharibədən sonra isə Amerika siyasəti xarici müdaxilələrə qarşı dərin bir şübhə içində tamamilə əks yerlərə sovruldu.
Hesabatda ABŞ ordusunun İraqdan böyük dərslə qayıtdığı və bundan sonra heç bir ölkəni böyük bir quru qüvvəsi ilə işğal etməyə cəhd göstərməyəcəyinə diqqət çəkilib.
Beynəlxalq koalisiyanın üzvləri olan ölkələr ABŞ-a yetərincə hərbi dəstək göstərmədiyindən İraqda koalisiya əməliyyatları uğursuz alınıb. ABŞ-ın rəhbərlik etdiyi İraq ordusunun təlimləndirilməsi cəhdləri isə kifayət etməyib. Bununla belə ABŞ İraq ordusuna təhlükəsizliyi olduqca erkən zamanda təhvil verib. Sənəddə qeyd edilən “Demokratiya hər zaman sabitlik gətirməz. Amerikalı komandirlər 2005-ci il seçkilərinin sakitləşdirici təsiri olduğuna inanırdılar. Ancaq bu seçkilər tam tərsini göstərdi və etnik, məzhəb gərginliklərini artırdı” sözləri Amerikanın necə bir peşmanlıq içində olduğunun bariz göstəricisidir.
Zümrüd
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO