ABŞ
Rusiyanı TƏSLİM OLMAĞA ÇAĞIRDI: Bütün nüvə silahları… - ŞOK
ABŞ-ın Silahlı qüvvələrin strateji komandanlığının başçısı Con Hayten Strateji hücum silahların (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Rusiya-ABŞ müqaviləsini genişləndirməyə çağırıb.
Publika.az xəbər verir ki, bu haqda onun ABŞ Senatının silahlı qüvvələrin işləri üzrə komitədə çıxışına istinadən “Vaşinqton Post” nəşri yazıb.
Amerika generalı hesab edir ki, SNV-3 müqaviləsinin uzadılması halında, ona Rusiyanın bütün nüvə silahını daxil etmək lazımdır.
Hayten həmçinin, Rusiyanı SNV-3 müqaviləsinin pozulmasında ittiham edib. Amerika generalı vurğulayıb ki, ən yeni Rusiya silahları müqavilənin çərçivəsindən kənara çıxır. General qeyd edib ki, Rusiyanın nüvə sistemlərindən bir çoxu, həmçinin Rusiya prezidenti Vladimir Putinin keçən il təriflədiyi istilik-nüvə torpedası və hipersonik raket müqavilə üzrə öhdəlikləri pozur.
O bildirib ki, hazırda ABŞ prezidenti Donald Tramp müqaviləni uzatmağın lazım olub-olmadığını düşünür.
Xatırladaq ki, SNV-3 müqaviləsi 2011-ci ilin fevralın 5-də qüvvəyə minib. Sənədə əsasən, Rusiya və ABŞ 2018-ci il fevralın 5-ə qədər qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəlmişdilər.
Müqavilənin müddəti 2021-ci ildə bitir.
Ömər
-
ABŞ22:54ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi - Yerinə kim gələcək?
-
Magazin121:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz
-
Ekopublika.az19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır





































