ABŞ
Pentaqon Suriyada min hərbçi saxlayacaq? – RƏSMİ BƏYANAT
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi, general Cozef Danford Suriyada minə yaxın hərbçinin saxlanılması ilə bağlı Pentaqonun planları haqqında KİV-in xəbərlərini təkzib edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun mətbuat xidmətinin yaydığı Danfordun bəyanatında deyilir.
“Fevral ayında elan edilmiş planda heç bir dəyişiklik olmayıb və biz Amerika qoşunlarının daimi dislokasiya yerlərinə çıxarılması haqqında prezidentin tapşırığını yerinə yetirməyə davam edirik”, - Danford qeyd edib.
General həmçinin bildirib ki, Pentaqon Türkiyə-Suriya sərhədi boyu Türkiyənin təhlükəsizlik problemlərinin həlli üçün bu ölkənin Baş qərargahı ilə ətraflı hərbi planlaşdırmanı həyata keçirməyə davam edir.
“Bizdə ilkin konsepsiya var. O yaxın günlərdə dəqiqləşdiriləcək”, - Danford əlavə edib.
Daha əvvəl “Wall Street Journal” mənbələrə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar Suriyada “Türkiyənin sərhədi keçmək və kürdlərə (PYD/YPG terror təşkilatı -red.) hücum təhdidlərinə baxmayaraq, kürd qüvvələri ilə işi davam etdirməyi planlaşdırır”. Qəzetin mənbələrindən aldığı məlumata görə, bu cür planlarla əlaqədar Suriya ərazisində təxminən min ABŞ əsgəri qala bilər.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
