ABŞ
ABŞ ilk dəfə təsdiqlədi: Türkiyənin hərbi hərəkatına qarşı... - FOTO
“ABŞ Suriyadakı kürd birləşmələrinə təlim verməyə davam edəcək”.
Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi Cozef Danford deyib.
ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində Suriya məsələsi ilə bağlı çıxış edən Danforda görə, Suriyada yox edilməsinə rəğmən, İŞİD terror təşkilatı beynəlxalq arenada təhdid olmaqda davam edir: “Xüsusilə, Suriyadakı hərbi hərəkatın davamlılığını təmin etməyi hədəfləyirik. Bu davamlılıq İŞİD-lə mübarizə vəzifəsini sonuna qədər aparmaq üçün Suriya Demokratik Qüvvələri ilə əməkdaşlığı əhatə edir. Türkiyənin Suriya sərhədindəki təhlükəsizliklə bağlı maraqlarının təminat altına alınmasına çalışırıq. Lakin hazırda kürd birləşmələrinə qarşı meydan oxumalar və təhdidlərin qarşısını alacaq bir çərçivə qurmaq lazımdır”.

Danfordun bu sözləri ABŞ Müdafiə Nazirliyinin Donald Trampın “İŞİD Suriyada bitdi” açıqlamasını təsdiq edən ilk isbatdır.
Tramp 4 dəfə qalibiyyət elan etmişdi
ABŞ prezidenti ilk olaraq 19 dekabr 2018-ci ildə İŞİD terror təşkilatının məhv edildiyini və buna görə qüvvələrini Suriyadan çəkə biləcəklərini demişdi. Daha sonra 15 fevral 2019-cu ikdə İŞİD-in əlindəki son torpaqların alındığını və 24 saat içində zəfər açıqlaması verəcəyini bildirmişdi. İlk iki açıqlaması doğru çıxmayan Tramp 28 fevralda İŞİD-in nəzarətində olan son bölgələrin işğaldan azad olunduğunu açıqlamış, lakin qısa müddət sonra bu da yalan çıxmışdı. ABŞ prezidenti son olaraq 21 martda çox kiçik bir ərazinin İŞİD-də qaldığını, həmin gecəyə qədər oranın da terrordan təmizlənəcəyini demişdi.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
