ABŞ
Qərbin 4 lideri Qorbaçovu necə aldatdı? - SENSASİON İDDİA
1990-cı ildə Qərb ölkələri SSRİ prezidenti Mixail Qorbaçova NATO-nu şərqə doğru genişləndirməyəcəkləri barədə vəd verdilər, ancaq sonra bu vədə əhəmiyyət vermədilər.
Publika.az xəbər verir ki, bu hadqa “National Interest” jurnalı yazıb.
Nəşrin yazdığına görə, Sovet İttifaqının dağılmasına az qalmış ABŞ prezidenti Corc Buş (ata), Böyük Britaniyanın baş naziri Marqaret Tetçer, Fransa prezidenti Fransua Mitteran, Almaniya kansleri Helmut Kol və bu dövlətlərin Xarici İşlər Nazirliyinin başçıları Moskvaya söz verdilər ki, Varşava müqaviləsinin keçmiş ölkələri Şimali Atlantika İttifaqına daxil olmayacaq. Qeyd edilir ki, beləliklə, “sovet təhlükəsi”nin yox olmasından sonra NATO həyat gücündən məhrum idi və Birləşmiş Ştatlarda 1993-cü ildə çağırışlar səsləndi: ya fəaliyyət istiqamətini əvəz etmək və ya prinsip etibarilə onu ləğv etmək.
“Nəticədə, Balkanlara Vaşinqtonun rəhbərliyi altında Şimali Atlantika İttifaqının müdaxiləsinin forması qəbul edildi. Sonra NATO “zombi”yə çevrildi. 1994-cü ildə NATO “Sülhə görə Əməkdaşlıq” proqramına təşəbbüs etdi və onda Polşa, Çexiya, Macarıstan və praktik olaraq, bütün Şərqi Avropa ittifaqa girməküçün növbəyə düzüldü, axı ABŞ onlara “Rusiya təhdidi”nə qarşı hərbi yardım söz verdi. 1990-cı illərdə Rusiya təhlükə yaratmırdı, həmçinin düşünmyə səbəblər yox idi ki, bu təhlükə qayıda bilər”, - nəşr yazıb.
Jurnal qeyd edir ki, ittifaqa indi Gürcüstan daxil olmaq niyyətindədir və nəticədə ABŞ-ın hərbi protektoratına çevriləcək.
“Əgər Amerika prezidenti Donald Tramp istəmirsə ki, Moskva Gürcüstanı Rusiyaya gələcək hücum üçün platforma kimi qəbul etsin, onda sadəcə ona ”yox” demək lazımdır”, - məqalənin müəllifi yekunlaşdırıb.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

