ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyaları tətbiq etdi
Bizi izləyin

ABŞ

ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyaları tətbiq etdi

ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyaları tətbiq edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Mayamidə proqram nitqiylə çıxışında deyib.

“Elan etməyə şadam ki, Birləşmiş Ştatlar bu gün "Bancorp"a, [Nikaraqua prezidenti Daniel] Orteqanın "qara xəzinəsi"nə qarşı sanksiyalar tətbiq edəcək. Bu gün biz həmçinin rejimin varisi olan və böyük korrupsiya sxemlərinə cəlb olunan Laureano Orteqaya qarşı sanksiyaları elan edirik", - Ağ Evin rəsmisi söyləyib.

Bolton əlavə edib ki, Vaşinqton Venesuela Milli Bankına qarşı sanksiyalar, həmçinin Kubada qohumları olmayan amerikalıların oraya səfər etmələrinə məhdudiyyət tətbiq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm