ABŞ
Tramp bu gün QƏRAR VERƏCƏK - Pentaqon hücum variantları hazırladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampa günün sonuna qədər Səudiyyə Ərəbistanı "Saudi Aramco" şirkətinin neft emalı zavodlarına edilən hücumlara cavab variantlarını təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə Associated Press (AP) öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Ağ Evdə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında Pentaqon nümayəndələri İranda vurula biləcək hədəflərin siyahısını açıqlayacaqlar. Üstəlik, onlar Amerika liderinin diqqətini Tehrana qarşı hərbi əməliyyatların geniş miqyaslı müharibəyə səbəb ola biləcəyinə yönəltmək niyyətindədirlər.
Qeyd edək ki, ABŞ ordusunun Baş qərargah rəisi, general Cozef Danford jurnalistlərə açıqlamasında vəzifəsinin prezidentə hərbi seçim imkanı vermək olduğunu demişdi.
Donald Tramp Kaliforniya ştatının San Dieqo şəhərində ikən jurnalistlərin suallarını cavablandırarkən müharibə istəmədiyini söyləmişdi. Sonradan isə vəziyyətin sülh yolu ilə həll olunmayacağını"etiraf etmişdi.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
