ABŞ
ABŞ Rusiyanın ən təhlükəli gəmisini açıqladı
Rusiyanın "Admiral Nahimov” atom raket kreyseri Rusiyanın ən təhlükəli gəmisidir.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Military Watch” jurnalının materialında deyilir.
"Əsas düşmən obyektləri - gəmiləri 1000, təyyarələri 400 kilometr məsafədə hipersəsli raketlərlə hədələyə bilmək qabiliyyəti raket kreyseri Rusiya Hərbi Dəniz Donanmasının silahlanmasında olan ən təhlükəli hərbi gəmi halına gətirir”, - jurnal qeyd edib.
Jurnalistlər bildiriblər ki, səsin sürətindən 8 dəfə sürətlə uçan hipersəsli "Sirkon" raketi gəmi əleyhinə əsas silah olacaq. Beləliklə, o ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan gəmi əleyhinə “Harpun” raketini üstələyəcək.
Həmçinin, nəşr qeyd edir ki, “Admiral Nahimov” nüvə qurğuları hesabına uzun müddət Rusiya sahillərindən uzaqda qalmağı bacaracaq. Bundan başqa, kreyser hava hücumundan müdafiə üzrə modernləşdirilmiş sistemlər alacaq.
Martda bildirilirdi ki, “Admiral Nahimov” unifikasiya edilmiş işəsalma qurğuları ilə təchiz ediləcək və modernləşmədən sonra raketlərin müxtəlif tiplərini daşıya biləcək. Sənaye və ticarət naziri Denis Manturovun sözlərinə görə, söhbət həmçinin, “Kalibr” və “Sirkon” raketlərindən gedir.
Kreyser hazırda təmir edilir. Onun modernləşdirilməsi 2022-ci ildə başa çatacaq.
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər




































