ABŞ
ABŞ-ın dövlət borcu rekord səviyyəyə çatdı
ABŞ-ın dövlət borcu yeni rekord səviyyəyə çataraq 23 trilyon dolları ötüb.
Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında deyilir.
Bu məbləğin 17 trilyon dolları vətəndaşlar və maliyyə institutları, 6 trilyonu isə federal hokümətin müxtəlif müəssisələrinin payına düşür.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ümumi daxili məhsulun (ÜDM) 108 faizindən 2023-cü ildə ÜDM-nin 117 faizinə qədər artacaq.
Barak Obamanın 8 illik (2008-2016) prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatıb. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollar səviyyəsinə yüksələcəyini gözləyirlər.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
