ABŞ
Barak Obama: "Əgər dünyanı qadınlar idarə etsəydi..."
“Dünyadakı hər bir ölkə iki il boyunca yalnız qadınlar tərəfindən idarə edilsəydi, hər mövzuda, yaşayış səviyyəsində yaxşılaşma olacağından qətiyyətli şəkildə əminəm”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Barak Obama deyib.
Sinqapurda liderliklə bağlı konfransda çıxış edən sabiq prezident dünyadakı bir çox problemin gücü əlində saxlayan, əksəriyyəti kişilərdən ibarət qocalardan ibarət olduğunu bildirib.
“Qadınlar, bilməyinizi istəyirəm, mükəmməl deyilsiniz, amma mübahisəsiz, bizdən (kişilərdən) daha yaxşısınız”, - Obama çıxışında qeyd edib.
Sabiq prezident siyasətə geri qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Dünyaya və problemlərə baxdığınızda, ümumilikdə yaşlı insanların, qoca kişilərin kənara çəkilmədiklərini görürsünüz. Siyasi liderlərin özlərinə bunu xatırlatmaları önəmlidir: orada bir iş görmək üçün dayanmısınız, amma ömür boyu dayanmırsınız”.
Qeyd edək ki, Barak Obama 2008 və 2012-ci illərdə ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmişdi. O, vəzifəsini başa vurduqdan sonra həyat yoldaşı ilə birlikdə dünyanı gəzərək konfranslar keçirir.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
