ABŞ
Süleymani sui-qəsdində 11 sentyabr detalı - Müdafiə naziri açıqladı
“Süleymani minlərlə amerikalının öldürülməsindən məsuldur. 11 sentyabr hadisələrini gerçəkləşdirən 12 terrorçudan 10-nun Əfqanıstana getməsinə yardım edib”.
Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mayk Pens sosial media hesabında yazıb.

ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi barədə verdiyi qərara haqq qazandırmağa və administrasiyanı müdafiə etməyə çalışan Pens terrorçuların İranla əlaqəsi olduğuna işarə edib.
Qeyd edək ki, 11 sentyabr hadisələrini araşdıran komissiyanın hesabatında İran və ya Hizbullahın 11 sentyabr hadisələrinin planlaşdırılmasından xəbərdar olduğunu sübut edən dəlil tapılmayıb. 19 terrorçudan 15-nin Səudiyyə Ərəbistanından, digərlərinin isə BƏƏ, Livan və Misirdən gəldiyi yazılıb. 600 səhifəlik hesabatda Süleymaninin adı belə keçməyib.
Zümrüd
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)


















.jpg)

.jpg)