ABŞ
Trampın impiçmenti BAŞA ÇATDI - Sabah...
ABŞ Prezidenti Donald Trampın Senatda keçirilən impiçmenti başa çatıb.
Publika.az xəbər verir ki, yekun səsvermədən əvvəl son iclas keçirilib.
Yeni şahidlərin çağırılmayacağı bəlli olandan sonra iclasda prezidentin vəkillərindən biri Pat Çipollone Senatdakı ittihamların əsassız olduğunu bildirib: “Mövcud dəlillər işığında tək yolun prezidentin bəraəti olduğuna inanırıq”.
Demokratların ittihamlarının hüquqi baxımdan etibarsız olduğunu deyən Çipollone buradakı əsl məqsədin 2020-ci il prezident seçkilərindən əvvəl Trampı yormaq olduğunu iddia edib.
Demokratlardan ibarət hakim vəkillərin rəhbəri olan Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Şiff isə tarixin Trampı bağışlamayacağını deyib: “Tarix Trampa nəzakətli davranmayacaq və bunu hamımız bilirik. Vəzifələrimizi tərk edəndə hamımız peşman oluruq”.
Daha sonra çıxış edən senatorlar Trampın niyə günahkar və ya günahsız olduğunu əsaslandırıblar.
Qeyd edək ki, Donald Trampın Senatdakı impiçmentinin yekun səsverməsi çərşənbə günü yerli vaxtla saat 16:00-da (Bakı vaxtilə növbəti gün 01:00) olacaq.
Respublikaçıların üstünlük təşkil etdiyi Senatda Trampın günahkar çıxarılıb vəzifəsindən uzaqlaşdırılması üçün ən az 67 səs lazımdır. Mövcud mənzərəyə əsasən, bu səs toplanmayacaq və Tramp bəraət alacaq.
Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti Ukraynaya prezident seçkilərindəki ən böyük rəqiblərindən biri olan Co Bayden və oğlunun bu ölkədəki keçmişinin araşdırılması üçün təzyiq göstərməkdə ittiham olunur.
Zümrüd
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?

























.jpg)
.jpg)






