ABŞ
Sonun başlanğıcı - Trampın rəqibi seçkilərdə birinci oldu
ABŞ-ın Nyu-Hempşir ştatında aparılan erkən prezident seçkilərində Demokratlar Partiyasının namizədləri arasındakı yarışda Berni Sanders birinci olub.
Publika.az xəbər verir ki, ABŞ mediasının yayımladığı və səslərin 95%-nin sayıldığı ştatda rəsmi olmayan rəqəmlərə görə, 78 yaşlı Vermont senatoru seçicilərin 26%-nin səsini toplayıb.
![]()
Zəfər çıxışında səs verən hər kəsə təşəkkürünü bildirən Sandersin “bu, sadəcə Donald Trampı məğlub etmək mübarizəsi deyil, həm də ölkəni yeniləmək mübarizəsidir. Bu zəfər Trampın sonunun başlanğıcıdır. Milyarderlərin ölkəni idarə etməsinə icazə verməyəcəyik” sözləri diqqət çəkib.
Sandersi sabiq bələdiyyə sədri və yarışın sürpriz adlarından olan Pit Butticiç 24,4% səslə izləyib. 3-cü yerdə isə 19,7% səslə Minnesota senator Emi Klobuşar qərarlaşıb.
Seçkilərdə ən böyük uğursuzluğu sabiq prezident köməkçisi Conatan Bayden yaşayıb. O, səslərin 8,4%-ni toplaya bilib.
Qeyd edək ki, Respublikaçıların namizədi Donald Tramp formal olaraq aparılan erkən seçkilərdə Respublikaçı tərəfdarların səslərini toplamağa sürətlə davam edir. Səslərin 97,1%-ni yığan Tramp Nyu-Hempşirdə 85,7% səsi rahatlıqla qazana bilib.
Əlavə edək ki, ABŞ-da prezident seçkiləri 4 ildə 1 dəfə keçirilir və Respublikaçılar ilə Demokratlar Partiyasının irəli sürdüyü namizədlər arasında mübarizəyə səhnə olur. Builki seçkilərdə 9 namizəd mübarizəyə qoşulacaq.
Zümrüd
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?

























.jpg)
.jpg)






