ABŞ
Daha bir dəhşətli infeksiya ortaya çıxdı: Yalnız burundan girir, 1 həftəyə öldürür - FOTO
ABŞ-da yeni ölümcül xəstəlik peyda olub.
Publika.az xəbər verir ki, Florida Səhiyyə Dairəsi Hillsburqda “Naegleria fowleri” adlı xəstəlik yayıldığını açıqlayıb.
Xəstəlik hələlik 1 nəfərdə aşkarlanıb.
Təkhüceyrəli amöb formasında olan xəstəlik beyində infeksiyaya səbəb olur və yoluxmalar, adətən, ölümcül nəticələnir.
Əksər hallarda göl və çay kimi şirinsulu bölgələrdə yaşayan “Naegleria fowleri” amöbü sadəcə burun yolu ilə insana keçir və insandan insana yoluxa bilir.
İnfeksiyaya daha çox ABŞ-ın cənub ştatlarında rast gəlinir. Floridada 1962-ci ildən bəri 37 yoluxma qeydə alınıb. ABŞ miqyasında isə 2009-2018 illər arasında 34 yoluxma faktı aşkarlanıb. Bunlardan 30-u üzmək məqsədilə girilən sulardan, 3-ü burundan infeksiya qəbulu ilə, 1-i isə bağça sulayarkən yoluxub.
Xəstəlik iyul, avqust və sentyabr aylarında daha yüksək risk təşkil edir.
Burunlarına “Naegleria fowleri” gedən insanlarda kəskin qızdırma, ürəkbulanma, qusma, boyun tutulması və baş ağrısı kimi simptomlar büruzə verir. Xəstələr, adətən, 1 həftə ərzində dünyasını dəyişir.
Mütəxəssislər sürətlə beyin toxumalarını məhv edən amöbün geotermal sularda və yaxşı xlorlanmamış hovuzlarda ola biləcəyini bildirir.
Amöb ağızdan qəbul zamanı xəstəliyə səbəb olmur.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
















.jpg)

















.jpg)

.jpg)