ABŞ
Mişel Obama Trampı tənqid etdi: “O, yanlış adamdır, Bayden isə mütləq seçilməlidir”
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi siyasi səhnə getdikcə qızışır.
Publika.az-ın məlumatına görə, 77 yaşındakı Co Baydenin namizədliyinin rəsmi olaraq elan ediləcəyi Demokrat Partiyasının qurultayı başlayıb.
4 gün davam edəcək qurultay, ABŞ siyasi tarixində ilk dəfə olaraq koronavirus səbəbiylə virtual mühitdə keçirilir.
Tədirdə keçmiş prezidentlər Barak Obama və Bill Klinton, Nümayəndələr Palatasının Demokrat prezidenti Nensi Pelosi və 2016-cı ildə Demokratlardan prezidentliyə namizəd Hillari Klinton çıxış edəcək.
Konvensiyanın ilk günündən ən təəccüblü çıxışı keçmiş birinci xanım Mişel Obama edib.
O, D.Trampı sərt tənqid edib: "O seçilsə hər şey pis olacaq. Donald Tramp ölkəmiz üçün yanlış bir prezidentdir. Onun bu işi edə biləcəyini sübut etmək üçün kifayət qədər vaxtı var idi, amma bu, onun boyunu aşır. Onun uzun müddət önəm vermədiyi bir virus səbəbindən 150 mindən çox insan öldü. İqtisadiyyatımız çökdü, milyonlarla insan işsiz qaldı”.
M.Obama qeyd edib ki, Baydenin seçilməsini təmin etmək üçün xalq əlindən gələni etməlidir: “Ən çox səsi Bayden toplamalıdır. Mükəmməl namizəd və mükəmməl bir prezident yoxdur”.
Akqabay
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
































.jpg)

.jpg)