ABŞ
Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı petisiya açıldı
Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb.
Publika.az xəbər verir ki, petisiyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi bütövlüyümüzə təcavüzü, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı qeyd olunub.
İşğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi petisiyanın mətnində yer alıb.
Vurğulanıb ki, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur.
Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılır.
Petisiyanı dəstəkləmək üçün linkə (ttps://petitions.whitehouse.gov/petition/sanction-republic-armenia-engaging-war-crimes-against-civilians-republic-azerbaijan?fbclid=IwAR01EQE4d3eeJJFfnZMW3hIkNGvCwHxCJ3OtZJX0mmSxyIXc-x49OU4R4m4) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar.
Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
