ABŞ
ABŞ-da yenə "ağ-qara" söhbəti gedir: Öncə onlara...
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) etnik azlıqların nümayəndələrinin koronavirus vaksinasiyasının prioritet hesab edilməsi təşəbbüsü ilə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Deyilit ki, ABŞ ştatlarının yarısında ilk növbədə qaradərililəri, latın amerikalıları və aborigenləri, sonra isə digər vətəndaşları peyvənd etmək məsləhət bilinib.
CDC bu prioritetin mahiyyətini həmin qrup insanların virusa qarşı daha dözümsüz olmaları ilə izah edib. Hər şeydən öncə, bildirilir ki, onlar arasında ölüm halları ağdərililərə nisbətən daha çoxdur.
Verilən tövsiyələri yerinə yetirəcəklərini boyunlarına şəkən 25 ştat arasında Nyu-Meksiko, Kaliforniya və Oreqon da var.
Bu gün məlum olub ki, ABŞ yenidən COVID-19-a yoluxma üzrə "rekord" vurub: ölkədə sutka ərzində 400 mindən çox yeni yoluxma faktı aşkarlanıb. Bu isə dekabrın 11-dəki maksimal göstəricidən 150 min hal çoxdur. Pandemiya başlanandan ABŞ-da 17 17 391 270 nəfər koronavirusa yoluxub.
Hazırda dünyada bir neçə COVID-19 vaksini var. Rusiyada iki - Sputnik-V və EpiVakKorona, ABŞ-da Pfizer, BioNTech və Moderna qeydə alınıb. Böyük Britaniyanın AstraZeneca şirkəti də özünün AZD1222 vaksininin klinik sınaqlarına başladığını bildirib.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
















.jpg)
.jpg)




















