ABŞ
İrana ŞAD XƏBƏR - Bayden Trampın siyasətini çökdürür
ABŞ İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planındakı öhdəliklərini yerinə yetirmək üçün geri qayıtmasını gözləyir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, Prezident Cozef Bayden çox açıq şəkildə deyib ki, İran razılaşma çərçivəsində üzərindəki öhdəlikləri tam həyata keçirsə, ABŞ da bunu edəcək: “Daha sonra müttəfiqlərimiz və tərəfdaşlarımızla işləmək üçün bunu əsas götürəcəyik. Lakin bu günə qədər bu hələ çox uzaq hədəf kimi qalır. Çünki İran bir sıra sahələrdə razılaşmaya əməl etmir”.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmağa qərar verdi, bundan sonra Vaşinqton İrana maksimum təzyiq kampaniyası başlatdı. Plan Tehranın nüvə inkişafı ilə əlaqədar böhrandan çıxmaq üçün 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən İranla imzalanmışdı.
Hazırkı Prezident Cozef Bayden dəfələrlə ABŞ-ı razılaşmaya qaytarmağa hazır olduğunu bildirib.
Zümrüd
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)


















.jpg)

.jpg)