ABŞ
ABŞ-dan Rusiyanı qəzəbləndirəcək addım - Gizli şəkildə bu ölkəyə göndərildi
"The Times" qəzetinin yazdığına görə, 2020-ci ildə Liviya döyüş meydanında ABŞ tərəfindən tamamilə yararlı şəkildə ələ keçirilən Rusiyanın "Pantsir-S1" hava hücumundan müdafiə zenit-raket kompleksinin gizli tapşırıqla Almaniyadakı ABŞ aviabazasına göndərildiyi öyrənilib.
Publika.az xəbər verir ki, missiya çərçivəsində ABŞ Hava Qüvvələrinə məxsus "C-17 Globemaster" III yük təyyarəsinin 2020-ci ilin iyun ayında Tripolinin qərbindəki Zuvara hava limanına endiyi də bildirilib. Haftar qüvvələrindən biri olan Vatiye bazasında ələ keçirilmiş "Pantsir-S1" zenit-raket sistemi Almaniyadakı Ramşteyn bazasına aparılması üçün müvafiq yük təyyarəsi ilə göndərilən qrup tərəfindən Liviyadan çıxarılıb.
"The Drive" tərəfindən qeyd edildiyi kimi, sistemin ölkədəki digər qruplar tərəfindən ələ keçirilməsinin qarşısını almaq fikri "Pantsir-S1"in Liviyadan dərhal çıxarılmasına səbəb olub. Digər tərəfdən, yuxarıda sadalanan Rusiyada istehsal olunan sistemin yararlı vəziyyətdə götürülən bir ədəd nümunəsinin kəşfiyyat üçün də faydalı olacağı düşünülür.
Adı çəkilməyən rus rəsmisi Moskvanın ABŞ-ın "Pantsir-S1" zenit-raket sistemini apardığından xəbərdar olduğunu bildirib. Bununla birlikdə o, ələ keçirilmiş sistemin kəşfiyyat dəyərinin ixrac versiyası olduğu üçün məhdud olacağını qeyd edib.
Mövzu ilə əlaqədar səsləndirilən fikirlərə görə, sistemin hərtərəfli və diqqətlə araşdırılması məhdud olsa da, müxtəlif qiymətli kəşfiyyat məlumatları verə bilər. Yalnız müəyyən komponentlərin tikintisində istifadə olunan materialların və bu materialların istehsal keyfiyyətinin araşdırılmasının Rusiyanın mövcud imkanları barədə faydalı məlumat verə biləcəyi bildirilir. "Pantsir-S1"ə sahib olmağın ABŞ ordusuna əks tədbirlərin hazırlanması da daxil olmaqla, bir çox cəhətdən üstünlük verəcəyi düşünülür.
Akqabay
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)
