ABŞ
ABŞ-dan ŞOK CAVAB: müharibə elan etdilər
Ərbildəki raket hücumları cavabsız qalmayacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.
Şimali İraq Kürd Muxtariyyətinin səlahiyyətli şəxsləri ilə təmasların davam etdiyini qeyd edən Prays hücumun arxasında dayanan şəxslərin ortaya çıxarılması üçün əməliyyatların davam etdiyini vurğulayıb: “Əlbəttə, verəcəyimiz cavabın təqdimatını etməyəcəyik. Amma bunu demək vacibdir: bu hücumun məsuliyyətini daşıyan qrup üçün nəticələri ağır olacaq”.
Qeyd edək ki, ötən gün Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ hökumətinin hücuma doğru zaman və formada cavab vermə haqqını özündə saxladığını demişdi.
Xatırladaq ki, ABŞ təhlükəsizlik mənbələrindən əldə edilən məlumata əsasən, ABŞ əsgərlərinin yerləşdiyi Ərbil Beynəlxalq Hava limanı və şəhərə 14 raket zərbəsi endirilib. Hücum nəticəsində 1 müqaviləli əsgər həlak olmuş, 3 dinc sakin, müqaviləli əsgər, 1 ABŞ əsgəri olmaqla, 9 nəfər yaralanmışdı.
Hücumun məsuliyyətini İraqdakı fəaliyyətlərdə daha əvvəl adı keçməyən “Saraya Övliyə əd-Dam” adlı qruplaşma öz üzərinə götürmüşdü.
Zümrüd
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq




































.jpg)


