ABŞ
Amazon rəhbəri ilk dəfə kosmosa uçdu
Milyarder Cef Bezos və daha üç sərnişini göyərtəsində daşıyan kapsul "New Shepard" raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.
Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib.
Hesablandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.
Daşıyıcısından ayrılan kapsul, kosmosun şərti sərhəddini - 100 km hümdürlük məsafəsini keçib.
Amerikalı sahibkarı uçuşda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.
Qeyd edilir ki, Ceff Bezosun "Blue Origine" şirkəti belə uçuşları 500 min dollar müqabilində təşkil edəcək.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




















.jpg)

.jpg)