ABŞ
Ərdoğan Mitsotakislə Əfqanıstanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumatda qeyd edilir ki, danışıq əsnasında Əfqanıstanda baş verən hadisələr, miqrasiya və bölgədəki digər məsələlər müzakirə edilib, hər iki ölkədə baş verən meşə yanğınlarının tezliklə aradan qaldırılması diləkləri qarşılıqlı ifadə edilib. Türkiyə Prezidenti ölkəsindəki yanğınların artıq nəzarət altına alındığını, ehtiyac duyulduğu təqdirdə Yunanıstana kömək etməyə hazır olduqlarını deyib.
İqtisadi və ticari əlaqələrə dair “Birgə Fəaliyyət Planı”na daxil olan mexanizm və layihələrlə əlaqədar qurumlar arasında görüşlərin başlamasından məmnunluğunu ifadə edən Prezident Ərdoğan “Yüksək Səviyyəli Əməkdaşlıq Şurası”nın iclaslarının yenidən keçirilməsinin vacibliyini vurğulayıb.
Əfqanıstanın bir daha kritik bir dövr yaşadığını xatırladan Türkiyə Prezidenti bu prosesin rahat keçəcəyinə inandığını, yeni hökumətin Əfqanıstan xalqının özünəməxsusluğunu əks etdirən əhatəli siyasət yürüdəcəyinə ümidvar olduğunu deyib.
Avropa İttifaqının 18 mart anlaşmasından irəli gələn öhdəliklərini səmimiyyətlə yerinə yetirməsini gözlədiklərini bildirən Prezident Ərdoğan Türkiyənin təhlükəsiz bir üçüncü ölkə elan edilməsinin beynəlxalq öhdəlikləri ortadan qaldırmadığını və bu mövzuda səmimi əməkdaşlıq gözlədiklərini qeyd edib.
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm











.jpg)
.jpg)
















.png)




