ABŞ
Pentaqonun illərlə gizlətdiyi məxfi sənədlər İFŞA OLDU - FOTO
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfi sənədlərini dərc edən “Nyu York Tayms” Amerikanın Yaxın Şərqdə hava hücumlarında mülki vətəndaşları öldürdüyünü və onları necə gizlətdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, geniş məqalələr silsiləsi hazırlayan qəzet ABŞ-ın İraq, Suriya və Əfqanıstanda həyata keçirdiyi hava hücumlarının nə qədər böyük fiasko ilə nəticələndiyini açıqlayıb.
İki hissədən ibarət silsilə məqalələrdə ABŞ-ın İraq, Suriya və Əfqanıstandakı hava hücumlarında kəşfiyyat zəifliyindən əziyyət çəkdiyi, hədəfləri səhv istiqamətləndirdiyi və minlərlə dinc sakini öldürdüyü müəyyən edilib. Sentyabr ayında “Nyu York Tayms” qəzetinin oxşar xəbər yaydığını və Əfqanıstanda ABŞ əsgərlərinin partlayıcı yüklü avtomobil əvəzinə 10 nəfərlik ailəni məhv etdiyini xatırladaraq, bu vəziyyətin sistematik olduğu və Pentaqonun bu məlumatları ictimaiyyətdən gizlətdiyi bildirilmişdi.

2014-cü ildən bəri əldə edilən Pentaqona aid 1300-dən çox yazışma və sənədi araşdıran qəzet çoxu uşaq olmaqla minlərlə mülki şəxsin kəşfiyyat məlumatları sorğu-sual edilmədən ABŞ tərəfindən öldürüldüyünü ortaya çıxarıb. Rəsmi məlumatlara görə, 1417 dinc sakin həlak olub və faktiki sayın bundan xeyli çox olduğu bildirilir. Digər tərəfdən, bəzi sənədlərdə ölənlərin sayının bilərəkdən az olduğu qeyd edilib.
Eyni sənədlərdə 50 mindən çox hava hücumunun edildiyi və əksəriyyətinin heç bir kəşfiyyat hesabatı araşdırılmadan həyata keçirildiyi qeyd edilib. Sənədlərdə bu hücumların əvvəlcədən planlaşdırılmadığı vurğulanıb.
Digər tərəfdən, “Nyu York Tayms”ın əhatəli xəbərində Türkiyə ilə bağlı detal da diqqət çəkib. 2016-cı ildə ABŞ-ın Mosulda həyata keçirdiyi hava hücumlarında öldürüldüyü iddia edilən avstraliyalı İŞİD üzvü Neil Prakaşın aylar sonra üzə çıxdığı qeyd edilib. Pentaqonun sənədlərində 2016-cı ildə hava hücumunda 4 nəfərin öldüyü qeyd edildiyi halda, Prakaş aylar sonra Suriyadan Türkiyəyə keçmək istəyərkən yaxalanıb.
Akqabay
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)


















.jpg)

.jpg)