ABŞ
ABŞ-ın sanksiyaları Süleyman Kərimovu da "VURDU"
ABŞ Maliyyə Nazirliyi etimad fondunda olan 1 milyard dollardan çox aktivi bloklayıb. Bu pullar rusiyalı oliqarx Süleyman Kərimova bağlı olub.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.
Qeyd olunur ki, “Heritage Trust” Kərimovun ABŞ-dakı aktivlərini idarə etmək üçün 2017-ci ilin iyulunda yaradılıb. 2018-ci ildə oliqarxa qarşı sanksiyalar tətbiq olunsa da, o, vəsaitlərinin bir hissəsini fondda saxlaya bilib.
Daha sonra ABŞ-da məlum oldu ki, Kərimov "Heritage Trust" ilə əlaqəsini gizlətmək üçün bir sıra mürəkkəb hüquqi strukturlardan və cəbhəçilərdən istifadə edib.
"Vəsaitlər ABŞ-ın iri dövlət və özəl şirkətlərinə yatırılıb və bir sıra ABŞ investisiya firmaları və vasitəçiləri tərəfindən idarə olunub. Kərimov və onun etibarlı şəxsləri aktivlərə rəsmi sahiblik əldə etmək üşün ABŞ və qeyri-ABŞ şirkətlərinin müxtəlif təbəqələrindən istifadə edib”, - Maliyyə Nazirliyində qeyd olunub.
Qeyd edək ki, Süleyman Kərimov ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. O, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyanın ən zəngin 11 adamından biri idi.
Xatırladaq ki, ABŞ və Aİ ölkələri tərəfindən yaradılmış beynəlxalq REPO sanksiya qrupu Rusiya elitasının 30 milyard dollarlıq aktivini bloklayıb.
Qeyd edək ki, Etnik baxımdan ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Atası cinayət - axtarış xidmətində hüquqşünas, anası isə "Sberbank" ın mühasibi işləyib. Süleyman ailənin son beşiyi olub. Belə ki, özündən başqa qardaşı (həkimdir) və bacısı (rus dili və ədəbiyyat müəlliməsi) var. Yeri gəlmişkən, Şimali Qafqaz reallıqlarını və S.Kərimovun valideynlərinin işgüzar statusunu nəzərə alsaq onun heç də təminatsız uşaqlığı olmayıb. Qayğısız uşaqlıq və gənclik gələcəyə daha da böyük perspektivlər açıb.
Hüseyn İbadlı
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
































.jpg)

