ABŞ
Ruslar və iranlılar mənim saçlarımı ağartdı – ABŞ-ın baş kəşfiyyatçısı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns ruslar və iranlılarla danışıqlardan sonra saçlarının ağardığını etiraf edib.
Publika.az xəbər verir ki, U.Börns bunu Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çərşənbə axşamı Tehranda Rusiya və İran liderinin görüşünün əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən deyib.
“Etiraf etməliyəm ki, Rusiya prezidenti Vladimir Putinlə İranın ali lideri (Əli Xamneyi) arasında görüşdən kadrlar məni nostalji hissi ilə doldurmur, çünki başımdakı ağ tüklərin çoxu bu illər ərzində ruslar və iranlılarla danışıqlardan qaynaqlanır”, - deyə cənab Börns bildirib.
“Əgər biz bu görüntülərdən kənara baxsaq, Rusiya və İranın indi bir-birinə ehtiyacı olduğunu görə bilərik. Hər iki ölkə ağır sanksiyalar altındadır, hər ikisinə siyasi təcriddən çıxmaq lazımdır. Ancaq bir-birinə ehtiyaclarının olması onların bir-birinə güvənməsi demək deyil. Çünki onlar həm enerji sahəsində rəqibdirlər, həm də tarixi rəqiblərdir”, - MKİ şefi əlavə edib.
Börns diplomatik karyerası ərzində ABŞ-ın Moskvadakı səfirliyində çalışıb, o cümlədən 2005-2008-ci illərdə ona rəhbərlik edib, həmçinin 2008-2014-cü illərdə İranla nüvə sazişi üzrə danışıqlarda iştirak edib.
Səxavət
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
































.jpg)


