ABŞ
FED uçot dərəcəsini ARTIRDI
ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2,25-2,5%-ə çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə FED-in yaydığı açıqlamada deyilir.
"Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, o, federal fondlar üzrə uçot dərəcəsinin hədəf diapazonu 2,25-2,5%-ə yüksəltmək qərarına gəldi və hədəf diapozonunun daha da artırılmasının məqsədəuyğun olacağını gözləyir", - deyə açıqlamada bildirilir.
Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75%-ə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər.
Qeyd edilir ki, uçot dərəcəsinin artımının lehinə komitənin bütün üzvləri səs verib. Amerika tənzimləyicisinin növbəti iclası 21 sentyabr 2022-ci ildə keçiriləcək.
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




.jpg)















.jpg)

.jpg)