ABŞ
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
ABŞ konqresmenlərinin əksəriyyəti İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının bərpasına qarşıdır.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə eks-müşaviri Con Bolton bəyan edib.
“Konqres üzvlərinin çoxu İranla nüvə sazişinə qayıtmaqdan imtina edir”, - Bolton “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib. O, həmçinin Hərtərəfli Birgə Fəaliyyət Planının hazırlanmasının Barak Obama administrasiyasının səhv qərarı olduğunu bildirib və sazişin şərtlərini ABŞ-ın xarici siyasəti üçün “tam uğursuzluq” adlandırıb, çünki “İran öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyildi”.
Qeyd edək ki, bu bəyanat ABŞ Ədliyyə Nazirliyinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvünü Boltona sui-qəsd hazırlamaqda qiyabi olaraq ittiham etməsindən sonra verilib. Bundan əlavə, siyasətçi bildirib ki, İran hakimiyyəti “bir sıra keçmiş və indiki ABŞ rəsmilərinə” sui-qəsd planlaşdırıb.
ABŞ-ın səlahiyyətli orqanlarının versiyasına görə, 45 yaşlı Tehran sakini Şəhram Pursafi 2021-ci ilin oktyabr ayından Boltona sui-qəsd təşkil etməyə çalışır. Amerika xüsusi xidməti hesab edir ki, bu, 2020-ci ilin yanvarında SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasim Süleymaninin Birləşmiş Ştatlar tərəfindən öldürülməsinə cavab aksiyası ola bilər. Onların verdiyi informasiyaya görə, Pursafi Vaşinqtonda və ya ona qonşu Merilend ştatında Boltonun öldürülməsinə sifariş verməyə çalışıb.
Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ildə İranın nüvə çalışmaları ilə bağlı böhranı aradan qaldırmaq üçün Tehranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı prezidenti Co Bayden Vaşinqtonun Tehranı nüvə sazişinə qaytarmağa hazır olduğuna dəfələrlə işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla Hərtərəfli Birgə Fəaliyyət Planının ilkin formada bərpası üçün danışıqlar aparır.
Səxavət
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)


















.jpg)

.jpg)