ABŞ
Salman Rüşdinin vəziyyəti pisdir - Yazıçı bir gözünü itirdi, süni nəfəs…
Avqustun 12-də Nyu-York ştatında mühazirə öncəsi hücuma məruz yazıçı Salman Rüşdi əməliyyatdan sonra süni nəfəs aparatına qoşulub, o danışa bilmir.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times”a onun sözçüsü Endryu Uayli məlumat verib.
Onun sözlərinə görə, Rüşdi çox güman ki, bir gözünü itirəcək. Bundan əlavə, onun qaraciyəri və bir qolunun sinir ucları zədələnib. “Xəbərlər pisdir”, - sözçü əlavə edib.
Polis hücum edənin şəxsiyyətini müəyyənləşdirib. CNN-in məlumatına görə, bu, Nyu-Cersidən olan 24 yaşlı Hadi Matardır. O, səhnəyə sıçrayaraq yazıçının ən azı bir dəfə boynundan, bir dəfə də qarnından bıçaq zərbəsi endirib. Tədbirdə olanlar hücumçunu yerə yıxıblar, bundan sonra o, polis tərəfindən saxlanılıb.
Rüşdi Pensilvaniyanın şimal-qərbindəki xəstəxanaya aparılıb və orada əməliyyat olunub.
Hücumun motivi hələlik bəlli deyil.
Rüşdi Bombeydə (indiki Mumbay, Hindistan) anadan olub. O, 1988-ci ildə islam dünyasında müsəlmanlar üçün təhqiramiz hesab edilən “Şeytan ayələri” romanının Böyük Britaniyada nəşrindən sonra geniş şöhrət qazanıb. Kitab Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Somali və digər ölkələrdə qadağan edilib. 1988-ci ildə İranın ali lideri ayətullah Xomeyni fətva verib. Fətvada Rüşdinin və kitabın nəşrində iştirak edənlərin hamısının öldürülməsi əmr olunub. İran Rüşdinin öldürülməsinə görə təxminən 4 milyon dollar mükafat vəd edilib.
1990-cı ildə Rüşdi publik şəkildə üzr istəyib, islama hörmət sözlərini dilə gətirib, lakin İran hakimiyyəti fətvanı ləğv etməyib.
2007-ci ildə yazıçı Britaniya kraliçası II Yelizaveta tərəfindən ədəbiyyat sahəsinə xidmətlərinə görə cəngavər rütbəsinə yüksəldilib. Yazıçı 2008-ci ildə “Gecəyarısı uşaqları” romanı üçün “Ən yaxşı buker” mükafatını alıb.
Səxavət
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)


















.jpg)

.jpg)