ABŞ
1,33 milyardın sahibi tapılmır...
Cek-potda bu həcmdə pul udan oyunçu bir aydan çoxdur ki, üzə çıxmayıb.
Publika.az xarici portallara istinadla xəbər verir ki, Amerikada keçirilən “Mega Millions” lotereya oyununda rekord miqdarda - 1,33 milyard dollar udulub. Uğurlu biletin sahibinin İllinoys ştatının sakini olduğu bilinsə də, xoşbəxt oyunçu hələ də təşkilatçılara müraciət edib, uduşunu almayıb.
“Mega Millions” oyununun təşkilatçıları bilet almış oyunçulara təkrar müraciət edərək, nömrələri bir daha diqqətlə yoxlamalarını xahiş edib.
“Xoşbəxt biletin sahibinin altı nömrəsinin hamısı düz gəlib və o, oyunun qalibi kimi cek-potu qazanıb. Satılan biletlərin hesabatı aparıldıqdan sonra uduşun ilkin 1,28 milyard dollarlıq məbləği artaraq 1,33 milyard təşkil edib. Amma oyundan 30 gün keçməsinə baxmayaraq, qalib bizə müraciət etməyib. Bu cek-pot həcminə görə “Mega Millions”un tarixində ikinci böyük uduşdur”, - təşkilatçılar bildirib.
Məlumatda o da nəzərə çatdırılır ki, oyunçu tiraj keçiriləndən sonra bir il ərzində uduşunu əldə edə bilər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




.jpg)















.jpg)

.jpg)