ABŞ
Sallivandan Rusiyaya XƏBƏRDARLIQ: ABŞ bu zərbəyə dözməyəcək
ABŞ Rusiyanın Ukrayna ilə müharibəsində istənilən növ nüvə silahından istifadə etməsinə cavab olaraq heç bir fərq qoymayacaq.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
Aparıcı Sullivandan soruşub ki, Ağ Ev Rusiyanın Ukraynada “taktiki” adlandırılan nüvə silahından istifadə etməsi kimi irimiqyaslı nüvə hücumunu eyniləşdirəcəkmi?
"Bu, Ukraynada döyüş meydanında nüvə silahından istifadə etməkdir", deyə Sullivan cavab verib.
O, ABŞ-ın "salami slicing" deyilən taktika ilə razılaşmayacağını bildirib
Sallivan onu da əlavə edib ki, nüvə silahının istifadəsində hər hansı fərqlərin olduğunu düşünməyi təhlükəli hesab edir.
"ABŞ Rusiya tərəfini bu münaqişədə nüvə silahından istifadə ideyasından imtina etməyə inandırmaq üçün NATO müttəfiqləri, tərəfdaşları və digər ölkələrlə, o cümlədən Çin və Hindistanla işləyir", - deyə ABŞ rəsmisi qeyd edib.
Hüseyn İbadlı
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi




































.jpg)
