ABŞ
FTB-nin saytına ŞOK HÜCUM: Pentaqon da təhlükə altına düşdü - VİDEO
ABŞ Federal Təhqiqatlar Bürosunun saytı "Killnet" qrupunun hakerləri tərəfindən sındırılıb.
Publika.az xəbər verir ki, bu barədə qrupun nümayəndələri "Telegram" kanalında məlumat veriblər.
"FTB-ni sındırdıq. 10210 FTB əməkdaşının trafikini ələ keçirdik. Onlayn mağazalardan tutmuş tibbi qəbul kartlarına, "Google" və "Apple" hesablarına qədər bütün parollar bizim əlimizə keçdi", - hakerlər deyib.
Sözlərinin təsdiqi kimi onlar FTB sisteminə girişin videosunu yayıblar.
Bundan əlavə, hakerlər vurğulayıblar ki, Təhqiqatlar Bürosunun internet saytının sındırılması zamanı əldə edilən parollar Pentaqonun şəbəkə infrastrukturuna daxil olmaq üçün də uyğundur.
Qeyd edək ki, "Killnet" Ukraynada xüsusi əməliyyata başlayandan sonra NATO ölkələrindəki dövlət qurumlarına kiberhücumları ilə tanınan rus haker qrupudur. “Beş Göz” kəşfiyyat alyansı 2022-ci ilin aprelində "Killnet" də daxil olmaqla rusiyayönlü qrupların infrastruktura hücumları barədə xəbərdarlıq edib.
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)


















.jpg)

.jpg)