ABŞ
Kalın: "Heç kim bizdən susqunluq gözləməməlidir"
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə ABŞ-dən tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.
Publika.az xəbər verir ki, Kalın Türkiyə və ABŞ əlaqələrinin inkişaf edəcəyinə dair ümidli olduqları bildirib.
“Ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda heç kim bizdən susqunluq gözləməməlidir. Birləşmiş Ştatların tərəfdaşlıq ruhuna əməl etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddi qəbul etməsini gözləyirik. Bizə qarşı birtərəfli siyasətin tətbiqini qəbul etmirik, haradan gəlirsə gəlsin. ABŞ ilə qarşılıqlı maraqlara əsaslanaraq əlaqələri inkişaf etdirməyə ümid edirik. Bu mövcud problemləri real və strateji yanaşmalar əsasında həll etməyi tələb edir”, - Ərdoğanın sözçüsü “Kriter” jurnalının yanvar sayına müsahibəsində deyib.
Kalın onu da qeyd edib ki, Ankara ABŞ və Rusiyanın Suriya ilə bağlı 2019-cu ildə imzalanmış müqavilələr çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyir. "Sərhədimiz yaxınlığındakı terror təşkilatlarının təmizlənməsi ilə bağlı gözləntilərimizi bir daha bildiririk. Ölkəmiz və sərhəd bölgəmiz tamamilə təhlükəsiz olana qədər milli təhlükəsizliyimizə təhdid yaradan terror ünsürlərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyik”, - o vurğulayıb. (Oxu.az)
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


































.jpg)


