ABŞ
"Fox News" Sorosu İFŞA ETDİ: ABŞ mediasına bu qədər rüşvət verib
Amerikanın “Fox News” televiziya kanalı iddia edir ki, milyarder Corc Soros uzun illərdir ki, dünyada baş verən hadisələri onun üçün faydalı şəkildə işıqlandırmaq məqsədilə mediaya rüşvət verir.
Publika.az xəbər verir ki, telekanalın məlumatına görə, bu illər ərzində Sorosun, jurnalistlər, müxbirlər, teleaparıcılar, CNN, NBC, CBS, “Bloomberg”, NPR və “Washington Post”-un baş redaktorları da daxil olmaqla 54 nüfuzlu media xadimini maliyyələşdirdiyi iddia edilir.
“Siyahıya “Bloomberg News”-un həmtəsisçisi Metyu Vinkler və CNN-in Xarici Xəbərlər Bölməsinin rəhbəri Kristian Amanpurun, “NBC Nightly News” aparıcısı Lester Holt və “The Washington Post”-un icraçı redaktoru Sally Buzbee kimi şəxslər daxildir”, - məlumatda deyilir.
“Fox News” idda edib ki, iş adamı 2016-2020-ci illər ərzində 253 KİV-in dünyada baş verən hadisələri onun tələb etdiyi kimi işıqlandırmasını təmin etmək üçün təxminən 131 milyon dollar xərcləyib.

Qeyd olunur ki, Soros pul yatırdığı qruplar vasitəsilə mediaya sponsorluq edib.
Bir çox media xadimləri Sorosun dəstəklədiyi qruplardan 2,7 milyon alan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə ona bağlıdır.
Araşdırmaya görə, Sorosun qrupları 2016-2020-ci illər arasında media nümayəndələrinə nüfuzlu mükafatlar verən Aspen İnstitutuna 1,1 milyon dollardan çox vəsait verib.
“The Marshall Project” və “ProPublica”-da rolu olan jurnalistlər və xəbər sənayesi rəhbərləri də Sorosun cibinə “bağlıdır”. Çünki hər iki qrup 2016-cı ildən 2020-ci ilə qədər ifrat solçu milyarderdən 1,2 milyon dollardan çox pul alıb.
Araşdırmaya görə, Milli İctimai Radio və “PolitiFact” də ən azı qismən Sorosun dəstəklədiyi qruplar tərəfindən maliyyələşdirilir.
Akqabay
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


